Xəzər Xəbər

Azərbaycanda turistlər dəhşətli qəzaya düşdü: 2 ölü, 15 yaralı - ADLAR AÇIQLANDI

Hadisə | 11:21 • 30 Sentyabr 2018
Azərbaycanda turistlər dəhşətli qəzaya düşdü:

Bu gün saat 8 radələrində Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxslərdən birinin adı məlum olub.

"Mercedes” markalı mikroavtobusun "Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində mikroavtobusu idarə edən Rövşən adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Avtobusda olan qadın sərnişinlərdən biri isə xəstəxanaya çatdırılarkən keçinib.

Bildirilir ki, qəzaya düşənlər turist olub və Bakıdan Qubaya istirahətə gedirmiş.

Yaralılar Sumqayət şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Xəstəxanadan bildirilib ki, yaralılar bunlardır:

Talıbzadə Çingiz Tofiq oğlu

Rzayeva Raisa Dmitri qızı

Rzayeva İlona Rauf qızı

Tarfanov İqor Aleksandroviç

İsmayılova Tamara Hacışaban qızı

Zapalovnaya Yevgeniya Mixail qızı

Rzayeva Rəna Dmitri qızı

Məmmədova Elvira İvan qızı

Həşimova Sabina Kərim qızı

Rodina Jakka Anatolievna

Kuranika Viktoriya Oleq qızı

Məmmədova Lüdmila Andrey qızı

Buqlova Varvara Jilijou

******

9:47

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.

Adlar əlavə olunur...

***

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti