Türkiyədə turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Hadisə Antalyanın Kəmər bölgəsində qeydə alınıb.
Kumluca
istiqamətində hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 3 nəfər
ölüb, 3 nəfər isə yaralanıb. Ölən və yaralanan şəxslərin kimliyi
dəqiqləşdirilir. Qəzaya səbəb mikroavtobusun sürüşərək yoldan çıxması
olub.