Xəzər Xəbər

Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu yaralandı

Hadisə | 10:05 • 30 Sentyabr 2018
Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu yaralandı
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


XəzərXəbər-ə "Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.


"Belarus” markalı traktorla "VAZ-2107” markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti