Xəzər Xəbər

Sumqayıtda binada yanğın olub, 4 nəfər təxliyə edilib

Hadisə | 16:51 • 29 Sentyabr 2018
Sumqayıtda binada yanğın olub, 4 nəfər təxliyə edilib

Sumqayıtda sahəsi 35 kv.m olan mənzildə yanğın olub.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, məzildə mebel dəsti və məişət avadanlığı yanıb.


Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub, 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.


Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti