Xəzər Xəbər

Nənə və nəvəni vurub öldürən sürücü saxlanılıb

Hadisə | 16:16 • 29 Sentyabr 2018
Nənə və nəvəni vurub öldürən sürücü saxlanılıb

Sentyabrın 28-də saat 19 radələrində Bakı şəhər sakini 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi "ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.


Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan xezerxeber.az-a daxil olan məlumata görə,


hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.


Fakta görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.


Sürücü T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti