Xəzər Xəbər

Bakıda avtomobil nənə və azyaşlı nəvəsini vuraraq öldürüb

Hadisə | 12:18 • 29 Sentyabr 2018
Bakıda avtomobil nənə və azyaşlı nəvəsini vuraraq öldürüb

Bakıda avtomobil nənə və nəvələrini vurub.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi "Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər.

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti