Xəzər Xəbər

Yevlaxda “KİA” piyadanı vurub öldürdü

Hadisə | 12:26 • 28 Sentyabr 2018
Yevlaxda “KİA” piyadanı vurub öldürdü

Yevlax şəhəri ərazisində "KİA” markalı avtomobillə piyada vurulub.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 11 radələrində Yevlax şəhəri ərazisində Mingəçevir şəhər sakini Elvin İbrahimov idarə etdiyi "KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Baloğlan Həşimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti