Xəzər Xəbər

BAKIDA FİLM KİMİ OLAY: İşdən çıxarıldı, 2 ay sonra qayıdıb elə bir şey etdi ki...

Hadisə | 18:13 • 27 Sentyabr 2018
BAKIDA FİLM KİMİ OLAY:

Sabunçu rayonunda yerləşən geyim əşyalarının satıldığı mağazalardan birindən içərisində 45116 manat olan seyf naməlum şəraitdə oğurlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. "İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Neftçala rayon sakini Seymur Piriyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən obyektdə mühafizəçi işləyib və təxminən iki ay əvvəl işdən çıxarılıb. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində pul olması barədə məlumatlı olub. S.Piriyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Oğurluq hadisəsi barədə 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti