Yetkinlik yaşına çatmayan qızını zorladığına görə həbs edilən ata cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.
"Ölkə.Az”ın məlumatına görə, atanın iyrənc əməlindən 1 övlad da dünyaya gəlib.
Xatırladaq ki, 2016-cı ilin iyun ayında Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü Aydın Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qoca anasına baş çəkmək adı ilə qızını yarmcıq tikilidə zorladı
Aydın Nadirov 1998-ci ildə anadan olmuş qızı S.Nadirovanı zorlamaq
qərarına gəlib. O, istintaqa məlum olmayan günlərin birində, axşam saat
22 radələrində, sərxoş vəziyyətdə qızını zorlamaq məqsədilə aldadaraq,
anasına baş çəkmək bəhanəsi ilə yaşadıqları Samux rayonunun Lək Kəndində
T. H. ova məxsus fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş
və dörd bir tərəfi metal torla çəpərlənmiş torpaq sahəsinə aparıb.
A.Nadirov həmin ərazidə qızının qollarından tutaraq burub yerə yıxıb və
köməksiz vəziyyətdə olan qızı ilə cinsi əlaqədə olaraq, onu zorlayıb.
Ata qızı ilə öz arvadının gözü qarşısnda 10-12 dəfə cinsi əlaqədə olub
A.Nadirov öz cinayətkar hərəkətlərini davam etdirirək mütamadi olaraq
istintaqa məlum olmayan tarixlərdə yaşadıqları Samux rayonu Lək kəndində
yerləşən evində S. Nadirovaya fiziki zor tətbiq edərək öldürəcəyi
hədəsi ilə sonuncunun anası B. Nadirovanın gözləri qarşısında onunla
təxminən 10-12 dəfə cinsi əlaqədə olub.
Sonuncu dəfə isə 2015-ci ilin dekabrın 25-də, gecə saat 1 radələrində
sərxoş vəziyyətdə S. Nadirovanı döyüb və sonra anasının gözləri
qarşısında onunla cinsi əlaqədə olub.
Qızını qısqanan ata...
Bundan başqa A. Nadirov dekabrın 24-də saat 15 radələrində, sərxoş
vəziyyətdə yaşadığı Samux rayonu, Lək kəndində yerləşən evində
qısqanclıq zəminində S. Nadirovaya sillə, yumruq vuraraq xəsarətlər
yetirib.
Manyak atanın ittiham olunduğu maddələr...
Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 132-ci (döymə),
149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan
şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri
öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi
amansızlıqla zorlama)149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham
edilib.
"Qızımı sərxoş olub zorlamışam"
Məhkəmədə ifadə verən Aydın Nadirov də törətdiyi cinayət əməlini etiraf
edib, əməlindən peşman olduğunu bildirib. O, törətdiyi cinayət əməlini
sərxoşluğu ilə əlaqədar törətdiyini göstərib. O, daha sonra qeyd edib
ki, öldürmə hədəsi ilə cinayət törətməyib.
Manyakın ailəsi və doğma qızından bir oğul övladı...
Cinayətdə ittiham olunan Aydın Nadirov üç uşaq atasıdır. Onun həyat
yoldaşı ilə olan nikahdan 1 qızı, 2 oğlu var. Həbsdə olduğu müddətdə
onun ailəsində bir nəfər də artıb. Belə ki, zorladığı doğma qızı öz
atasından bir oğul dünyaya gətirib. Cinayətdə ittiham olunanın ailəsində
yalnız həyat yoldaşı əmək qabiliyyəti var, o da heç bir yerdə işləmir.
Manyak atanın cəzası...
Məhkəmə hesab edib ki, A. Nadirovun peşmançılığından və ya cinayəti
sərxoş olduğu üçün törədilməsindən söhbət gedə bilməz. Ona görə də
məhkəmə kollegiyası hökmdə təqsirləndirilən şəxsin sərxoşluğunu onun
cəzasının yüngülləşdirən hal kimi əməlinə heç bir təsir etmədiyi qeyd
edilir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik
etdiyi kollegiyada təqsirləndirilən şəxsin barəsində hökm elan edilib.
Məhkəmənin hökmü ilə Aydın Nadirov 10 il müddətinə azadlıqdan məhrum
edilib.
Manyak ata həmin hökmdən apellyasiya şikayəti verib. O, şikayətində
cəzasının yüngülləşdirilməsini xahiş edib. Həbs olmayan cəza ilə
cəzasının əvəz edilməsini xahiş edən A. Nadirov qeyd edib ki, ailəyə
yeganə pul gətirən təkcə özü olub. O, utanmadan doğma qızından da
övladının olduğunu dilə gətirərək onu da dolandırmaq lazım olduğunu
bildirib. Onun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində
baxılıb. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada A. Nadirovun
cəzasından bir il çıxılıb və barəsində qəti olaraq 9 il müddətinə cəza
təyin edilib.