Xəzər Xəbər

Lənkəranda zərərvericilər 10 hektar kələm sahəsinə yayıldı

Hadisə | 14:37 • 27 Sentyabr 2018
Lənkəranda zərərvericilər 10 hektar kələm sahəsinə yayıldı

Lənkəran rayonunun Bolədi, Xlmoli, Girdəni, Veravul, Vilvan, Separədi kəndlərində 10 hektar sahədə kələm sovkası ilə sirayətlənib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən verilən məlumata görə, Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri ümumilikdə 32 hektar sahədə müşahidə aparıb.

Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli Arivo (200 qr/1 ha) və Primfos-metil tərkibli Aktellik-K (500 qr/1 ha) preparatlarından istifadə olunub.

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma şəhərlərində yayılaraq əkin sahələrinə kütləvi zərər vurub. Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti