Xəzər Xəbər

Qadından gizli sevgilisinə qarşı AĞLAGƏLMƏZ ƏMƏL: tutulacağını gördü, əri və 14 yaşlı oğlunu...

Hadisə | 16:04 • 24 Sentyabr 2018
Qadından gizli sevgilisinə qarşı AĞLAGƏLMƏZ ƏMƏL:

Türkiyənin Adana şəhərində 14 yaşlı uşaq anasının sevgilisini öldürüb.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, uşağın valideynləri tərəfindən cinayət yerinə aparıldığı məlum olub.

Belə ki, hadisə sentyabrın 21-də baş verib. Ali Gənc adlı şəxs odlu silahla yaralanaraq xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib. Polisin araşdırması zamanı onu öldürməkdə şübhəli bilinən 14 yaşlı oğlan saxlanılıb. Daha sonra uşağın atası Ali Rza və anası Sultan Karaaslanyigitin ifadəsi alınıb. İlkin ifadələrində ana hadisədən xəbərsiz olduğunu, ata isə evdə yatarkən oğlunu əlində silahla çıxdığını, arxasınca qaçsa da, onu tuta bilmədiyini deyib.

Uşaq isə A.Gəncin motosikletinə minmək istədiyini, ancaq buna razı olmadığını, ona söyüş söydüyü deyib. Buna əsəbiləşən uşaq evdən silah götürərək onu vurduğunu bildirib.

Ancaq bu ifadələrin heç birinə inanmayan polis evin yaxınlığında və hadisə baş verən yerdəki kameraları incələyib. Kamera görüntülərindən uşaq və valideynlərinin evdən birlikdə çıxdığı və bu zaman uşağın əlində silah olduğu görünür. Daha sonra hadisə yerindəki kameralarda A.Gənc motosikleti ilə keçərkən ana, ata və uşağın qaçdığı, atanın əli ilə uşağa adamı göstərdiyi yer alır.

Polis yenidən tərəflərin ifadələrinə baş vurub. Bu dəfə də onlar faktı inkar ediblər. Uşaq A.Gəncin anasına söz atdığını, anası onun oğluna təcavüz etdiyini, ata isə yenə də hadisədən xəbərsiz olduğunu deyib.

Polis qadının telefon yazışmalarını incələyib. Onun telefonunda A.Gəncə "ərim evdə yoxdu, təkəm gəl”, "istəsən taksi ilə mən gəlim”, - deyə mesajlar yazdığı, A.Gəncin isə "mən sənlə gələrəm”, - deyə cavabladığı məlum olub. Lakin əri bundan xəbər tutanda qadın A.Gəncin onu narahat etdiyini deyib. Bundan sonra ana və ata 14 yaşlı uşaqlarının A.Gənci öldürməsi barədə qərar verib. Hər üç şəxs saxlanılaraq həbsxanaya göndərilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti