Respublikanın daxili
işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınmış,
onların da 22-si "isti izlər”lə açılıb.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin
açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o
cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.
Daxili
işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan
silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli
bilinən 27 nəfər saxlanılıb.