Sentyabrın 20-si saat
08:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində 30-40
yaşlarında naməlum kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, meyit tapılan zaman qollarında kəsilmiş
xəsarətlər aşkar edilib. Onun xarakterik əlamətləri: boyu 175-santimetr,
orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır.
Gözlərinin
rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara
kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək
olub.
Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, Suraxanı
Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin
050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş
olunur.