Xəzər Xəbər

SON DƏQİQƏ! Bakıda güclü yanğın

Hadisə | 12:20 • 21 Sentyabr 2018
SON DƏQİQƏ!

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.


XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.​


***

Hadisə yerinə dərhal xeyli sayda yanğınsöndürən cəlb olunub.

Bakıda güclü yanğın hadisəsi baş verib.

Xətai rayon NZS  qəsəbəsində yerləşən kafedə baş verən yanğın nəticəsində kafe tamamilə yanıb.

Yanğın nəticəsində zərərçəkənlərin olub olmadığı bilinmir.

Yanğının qarşısı hadisə yerinə gələn yanğınsönənlər tərəfindən alınmağa çalışılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti