Xəzər Xəbər

Qanunsuz ov edən 2 əcnəbi saxlanıldı

Hadisə | 11:26 • 21 Sentyabr 2018
Qanunsuz ov edən 2 əcnəbi saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.


Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.


Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.

Xəbər lenti