Xəzər Xəbər

Dəhşətli yol qəzaları: 20 gündə 37 ölü, 102 yaralı

Hadisə | 10:34 • 21 Sentyabr 2018
Dəhşətli yol qəzaları: 20 gündə 37 ölü, 102 yaralı
Sentyabr ayının 20 günündə respublikanın avtomobil yollarında 69 yol-nəqliyyat hadisəsi baş verib.


XəzərXəbər Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 37 nəfər ölüb, 102 nəfər isə xəsarət alıb.


Qeyd edək ki, avqust ayında respublikanın avtomobil yollarında 134 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 67 nəfər ölüb, 241 nəfər isə yaralanıb.

Xəbər lenti