Xəzər Xəbər

İlyas İsmayılovun oğlu qətlə yetirilib

Hadisə | 09:08 • 20 Sentyabr 2018
İlyas İsmayılovun oğlu qətlə yetirilib
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Etimad İsmayılov qətlə yetirilib.

XəzərXəbər  Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Floryadakı ofisində silahlı hücuma məruz qalıb. Başından və ürəyindən güllə yarası alan E.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.


Qətli törətməkdə şübhəli bilinən Gözəl Dəmirov adlı şəxsin axtarışları davam edir. G.Dəmirovun DİN-in sabiq idarə rəisi olduğu, daha sonra Türkiyəyə qaçdığı deyilir. Onun Türkiyədə biznes şəbəsinə malik olduğu yayılan xəbərlər sırasındadır. Qətlin şəxsi münasibətlər zəminində törədildiyi ehtimal edilir.


KİV-lərdə yayılan məlumatlara əsasən, Dəmirovun Azərbaycanda da biznesi var. Bundan əlavə, onun "Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırımla ortaq biznes əlaqələrinin olduğu bildirilir.



Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Dəmirova görə "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.

Qeyd edək ki, E.İsmayılov Azərbaycanın sabiq deputatı, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. O, bir neçə il öncə Türkiyəyə köçərək orada biznes fəaliyyətinə başlamışdı.

Xəbər lenti