Xəzər Xəbər

Dayə və falçı həkimin qızını aldatdı – 60 minlik məsələ

Hadisə | 12:07 • 19 Sentyabr 2018
Dayə və falçı həkimin qızını aldatdı

Bakıda dələduzluq etməkdə təqsirli bilinən Venera Cavadova və Könül Şahverdiyevanın işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərXəbər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Venera Cavadova zərərçəkmiş Aysel Bayramovanın evində uşağının dayəsi işləyib.

Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub.

Daha sonra Venera Cavadova rəfiqəsi Könülün falçılıqla məşğul olduğunu deyib, Aysel Bayramovanın uşağının problemini həll edəcəyini vəd edib.

Buna görə ondan və digər şəxslərdən ayrı-ayrılıqda 60 min manatdan çox pul alıb.

Qeyd edək ki, zərərçəkmiş Aysel Bayramova 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkim müavini Adil Salahovun qızıdır.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər.

Xəbər lenti