Xəzər Xəbər

Bakıda qumarxana əməliyyatı – 3 nəfər həbs olundu

Hadisə | 11:59 • 19 Sentyabr 2018
Bakıda qumarxana əməliyyatı – 3 nəfər həbs olundu

Bakının Nərimanov rayonunda qumarxana təşkil edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

XəzərXəbər xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində qumarxana təşkil etməkdə şübhəli bilinən Nazim Dəmirov, İsam Yolçuyev və Elcan Dəmirov həbs edilib.

Məlum olub ki, onlar rayon ərazisində çay evlərindən birində qanunsuz olaraq qumarxana təşkil ediblər.

Nazim Dəmirov, İsam Yolçuyev və Elcan Dəmirovun barəsində Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanı hər üç şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat göndərib.

Hakim Samir Məmmədovun sədrliyi ilə aparılan araşdırma zamanı təqdimat təmin olunub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar