Xəzər Xəbər

Bakıda zəncirvari qəza: maşınlarda uşaqlar olub

Hadisə | 14:48 • 18 Sentyabr 2018
Bakıda zəncirvari qəza: maşınlarda uşaqlar olub

Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Yasamal rayonu, Müşfiq küçəsində, 20 saylı məktəbin yaxınlığında baş verib.

Hadisə zamanı dörd avtomobil toqquşub: "Mercedes”, "BMW”, "Nissan” və "Toyota”. Qəza zamanı "Nissan” avtomobili aşıb.

Hadisə yerinə yol polisinin və təcili yardım briqadasının əməkdaşları cəlb edilib.

Şahidlərin sözlərinə görə, avtomobillərdə uşaqlar olub. Yaralılar var.

Rubrikanın digər xəbərləri

Xəbər lenti