Xəzər Xəbər

Etirazlara görə tutulan erməni mer zaminə buraxıldı

Hadisə | 11:18 • 18 Sentyabr 2018
Etirazlara görə tutulan erməni mer zaminə buraxıldı
Ermənistanın Masis şəhərinin keçmiş meri David Ambarçumyan məhkəmənin qərarı ilə həbsdən azad edilərək zaminə buraxılıb.


Bu barədə Ambarçumyanın vəkili Tiqran Atanesyan bildirib.


Masis şəhərinin meri David Ambarçumyan və qardaşı Qora Ambarçumyan, həmçinin Davidin müavini Karen Ohanyan 22 aprel tarixində İrəvanda keçirilən etiraz aksiyasının iştirakılarına qarşı maskalı şəxlərin güc tətbiqində əli olmaqda və həmin təcavüzdə şəxsən iştirak etməkdə ittiham olunaraq həbs edilmişdilər. Daha sonra Masis şəhərinin meri David Ambarçumyanın işinə silah tətbiqilə müşayiət olunan xuliqanlıq maddəsi əlavə edilib. Lakin hakim Mnatsakanyan Martirosyan David Ambarçumyanı sərbəst buraxmış, sonra fikrini dəyişərək yenidən onun həbsi barədə qərar qəbul etmişdi.

Merin vəkili Tiqran Atanesyan bildirmişdi ki, hakimlər bütün bunları baş nazir Nikol Paşinyan hökumətinin xoşuna gəlmək üçün edirlər. Belə ki, Mnatsakanyan Martirosyan 2008-ci ilin martında Ermənistanda iğtişaşlar törətməkdə təqsirli bilinən hazırkı baş nazir Nikol Paşinyana 2010-cu ildə 7 il azadlıqdan məhrumetmə hökmü çıxaran hakimdir. 2008-ci ildə Paşinyan müxalif "Haykakan Jamanak” qəzetinin baş redaktoru və müxalifətdən prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. Paşinyan 2008-ci ilin 1-2 mart tarixlərində Serj Sarkisyanın prezident seçilməsinə qarşı keçirilən kütləvi mitinqlərin iştirakçısı olub. /azvision.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti