Xəzər Xəbər

Azərbaycanda yol qırğını: 5 ÖLÜ, 42 YARALI

Hadisə | 13:23 • 17 Sentyabr 2018
Azərbaycanda yol qırğını: 5 ÖLÜ, 42 YARALI

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həyatını itirib.

XəzərXəbər xəbər verir ki, şənbə günü ölkə yollarında 15 yol qəzası qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, daha 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən hadisələr Bakının Nizami rayonunda və Şirvan şəhərində qeydə alınıb. Hər iki hadisədə piyada ölüb.

Bazar günü isə ölkə yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən hadisələr Ağsu, Sabirabad və Şəmkirdə baş verib. Sumqayıtda avtobusla yük maşınının toqquşması isə 14 nəfərin yaralanmasına səbəb olub.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.

Xəbər lenti