Xəzər Xəbər

Ermənistanda yaşayış binasında partlayış olub Terror təhlükəsi

Hadisə | 11:07 • 17 Sentyabr 2018
Ermənistanda yaşayış binasında partlayış olub
Ötən axşam Ermənistanın Kotaysk əyalətinin Razdan şəhərindəki beşmərtəbəli binada partlayış baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Partlayış nəticəsində binanın şüşə və qapıları, divarları dağılıb.

Hadisə yerinə gedən mütəxəssislər 4 ədəd elektrodetonator və patlayıcı kapsullar, elektrik ötürücüsünün birləşdirildiyi saatlar, partlayış törədilməsi üçün məsafədən idarə olunan pult və digər partlayıcı maddələr aşkarlayıblar.

Qeyd olunur ki, partlayışın baş verdiyi əraziyə giriş-çıxış bağlanıb, binada yaşayan 30 sakin evakuasiya edilib.

Ermənistan təhlükəsizlik qüvvələri partlayış baş verən ərazidə aşkarlanan obyektlərin terror aktı törətmək məqsədli olduğunu istisna etmir. Hazırda insidentlə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti