Xəzər Xəbər

Gəncədə 7 otaqlı ev yandı

Hadisə | 10:29 • 16 Sentyabr 2018
Gəncədə 7 otaqlı ev yandı
Gəncədə yanğın hadisəsi qeydə alınıb.


XəzərXəbər-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan 7 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti