Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.
Tranzit
çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən
məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda
məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil
edir. 2017-ci ildə isə bu rəqəm 70 m3/s olmaqla ongünlük normanın 50
faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun
səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi
68 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə
isə bu göstərici 12 m3/s təşkil edərək ongünlük normanın 13 faizinə
bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə
gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 4, Bankədə 3 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm artım qeydə alınıb.
Hazırda
Surra məntəqəsində suyun səviyyəsi 323 sm (2017-ci il sentyabrın 14-də
320 sm), Şirvanda 193 sm (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda
151 sm (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 sm (2017-ci il
sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm
(2017-ci il sentyabrın 14-də 58 sm) təşkil edir.