Xəzər Xəbər

Ötən gün yol qəzasında 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Hadisə | 08:50 • 15 Sentyabr 2018
Ötən gün yol qəzasında 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb

2018-ci il sentyabr ayının 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 7 nəfər xəsarət alıb.


Eləcə də, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti