Xəzər Xəbər

Bakıda zavoddan 40 min manatlıq avadanlıq oğurlanıb

Hadisə | 13:44 • 14 Sentyabr 2018
Bakıda zavoddan 40 min manatlıq avadanlıq oğurlanıb

Avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.

Xəbər lenti