Xəzər Xəbər

Bakıda gecə klubunun sahibi həbs olunub - TƏFƏRRÜAT

Hadisə | 15:35 • 5 Sentyabr 2018
Bakıda gecə klubunun sahibi həbs olunub -

İran vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.


Bakı şəhər prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.


İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilib və zəruri istintaq hərəkətləri aparılıb.


D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti