Xəzər Xəbər

Qadın boşanmaq üçün məhkəməyə üz tutdu, əri onu öldürdü

Hadisə | 15:43 • 5 Sentyabr 2018
Qadın boşanmaq üçün məhkəməyə üz tutdu, əri onu öldürdü

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib.


XəzərXəbər xəbər verir ki, "Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb.


Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Onların bir azyaşlı övladı var idi.


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti