Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz
geyimlərinin Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Naxçıvan
Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.
Bu məlumat əsasında, Naxçıvan-Bakı
aviareysilə gələn yükü qarşılayan Azərbaycan Respublikasının vətəndaşı
Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Vətəndaş
həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb. Üç ədəd qutu və
iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif
etiketli xəz kürklər aşkarlanıb.