Xəzər Xəbər

78 yaşlı kişi bərbərxanada öldü

Hadisə | 13:07 • 4 Sentyabr 2018
78 yaşlı kişi bərbərxanada öldü

Xocavənd rayonunda ölüm hadisəsi baş verib.


Hadisə rayonun "500 ailəlik" qəsəbəsində baş verib.


Xocavənd rayon sakini, 1940-cı il təvəllüdlü Qarayev Adışirin Zülfüqar oğlu qəsəbə ərazisindəki bərbərxanada saçını kəsdirərkən halı pisləşib və bərbər stolunda dünyasını dəyişib.


Faktla bağlı Xocavənd rayon Prokurorluğunda araşdırma aparılır. (Trend)

Xəbər lenti