Xəzər Xəbər

Bakı sakinini qatar vurub öldürdü

Hadisə | 12:15 • 4 Sentyabr 2018
Bakı sakinini qatar vurub öldürdü

Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Fakta bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti