Xəzər Xəbər

Cəlilabadda ana və qızının qətli: qatilə kimlər kömək edib?- Son təfərrüat

Hadisə | 22:07 • 30 Avqust 2018
Cəlilabadda ana və qızının qətli:

Cəlilabad rayonunun Qarazəncir kəndində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Əsgərova Firuzə Mahmud qızı və Əsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.

"Firuzənin başını kəsib, 50 metr sürüyüb və tövlədə gizlədiblər. Sənubər isə evdə yaylıqla boğulub. Qız birinci qrup əlildir. Ailə orta imkanlı ailədir.

Ana və qız vərəm xəstəsi olduğu üçün qapalı şəraitdə yaşayırdılar. Onların evinə kimsə gəlib-getmirmiş. Meyitlər iylənəndən sonra aşkar edilib”, - məlumatda deyilir.

Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.

Oxu.az xəbər verir ki, ana və qızını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin ehtimala görə hadisəni Yaşar Bayramov, Rasim Kazımov və daha bir şəxs törədib.

Onlar artıq həbs edilib.

Prokurorluqda araşdırma aparılır.

13:53

Cəlilabadda ana və qızının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 29-da, axşam saatlarında rayonun Ocaqlı kəndində baş verib.

Kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Qətli Əsgərovların qonşuluğunda yaşayan "Cıkma” ləqəbi ilə tanınan 1984-cü il təvəllüdlü Yaşar Bayramovun törətdiyi məlum olub.

Yaşar Bayramov 2011-ci ilin avqustun 17-də Firuzə Əsgərovanın oğlu Oqtayı bıçaqlayıb. Onun şikayəti əsasında Yaşar Bayramov həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ildə keçirlən iclaslarında Yaşar Bayramovun cinayət törətdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzasını çəkən Yaşar Bayramov ötən il azadlığa çıxıb. Yaşar Bayramov Oqtay Əsgərovu öldürəcəyi ilə hədələyib. Amma o, azadlığa çıxdıqdan bir neçə gün sonra Qqtay vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.

Həbsdən azad olunan Yaşar Bayramov Cəlilabad rayonunda deyil, paytaxtda yaşamağa başlayıb. O, paytaxtda kirayədə yaşayıb və fəhləliklə məşğul olub.

Avqustun 29-da kəndə gələn Yaşar Bayramovun Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə yollanan Yaşar Bayramov Sənubər Əskərovaya təcavüz edib.

Daha sonra o, təcavüz etdiyi qızı boğaraq öldürüb.

Evdən çıxan Yaşar Bayramov həyətdə Firuzə Əskərovanın başını kəsib.

Ana və qızın meyitini tövləyə aparan Yaşar Bayramov meyitləri orada basdırıb və hadisə yerini tərk edib.

Amma yerdə qan izlərinin olması cinayətin qışa zamanda açılmasına səbəb olub.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yaşar Bayramov həbs edilib.

O, hazırda Cəlilabad rayon Prokurorluğuna gətirilib.

Cinayəti törətməsi ilə bağlı dindirilir.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti