Xəzər Xəbər

Qızını zorlayıb öldürdü, anasının başını kəsdi — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI

Hadisə | 16:49 • 30 Avqust 2018
Qızını zorlayıb öldürdü, anasının başını kəsdi

Xəbər verdiyimiz kimi, ötən gün avqustun 29-da Cəlilabad rayonunun Qarazəncir kəndində ana və qızı Əsgərova Firuzə Mahmud qızıƏsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.

Dəhşətli qətlin qisas zəminində törədildiyi iddia olunur.

Belə ki, ana və qızını qətlə yetirdiyi ehtimal olunan "Cıkma” ləqəbli Yaşarlaailənin mərhum oğlu Oktay Əsgərov arasında əvəllər mübahisə olub və Yaşaronu bıçaqlayaraq yaralayıb.

Yaşar Oktayın şikayəti ilə tutularaq, azadlıqdan məhrum edilib və həbsdən çıxdıqdan sonra Oktayı öldürəcəyini bildirib. Lakinonun azadlığa çıxdığı vaxt Oktay vərəm xəstəliyindən vəfat edib.

Yaşar Bayramov isə qisasını ailəsindən almaq qərarına gəlib. Oktayın anası, 86 yaşlı Firuzə Əsgərovanınevinə gələn Yaşar qadınlamübahisə edib. Daha sonraFiruzənin qızı Sənubər Əsgərovaya təcavüz edən Yaşar sonuncunuyaylıqla boğaraqöldürüb. Evin arxasında F.Əsgərovanınbaşını kəsib və tövləyə qədər sürüyərək aparıb.

Qeyd olunur ki, "Cıkma” bundan əvvəl iki dəfə azadlıqdan məhrum edilib. 10 il əvvəl öz nənəsinin evindən oğurluq edib və həbs olunub. Daha sonra Oktayı bıçaqladığı üçün tutulub. Bir il əvvəl isə icbari işlə həbsdən buraxılıb.

Firuzə Əsgərova Ağahüseyn Əsgərovun ikinci həyat yoldaşıdır. Onların üç uşağı var. Niyaz 10 il, Oktay bir il əvvəl, 2017-ci ildə vərəmdən vəfat ediblər./oxu.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti