Xəzər Xəbər

Bakıda iki maşın toqquşub, ölən var

Hadisə | 12:18 • 29 Avqust 2018
Bakıda iki maşın toqquşub, ölən var
Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Babayevin idarə etdiyi "Ford” və Sumqayıt şəhər sakini Rüfət Məhərrəmovun idarə etdiyi "Volkswagen” markalı avtomobillər toqquşub.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, R.Məhərrəmov orada ölüb, T.Babayevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti