Daxili İşlər
Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən və saat 21:56-da
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyə (ANAMA) Masallı rayonu, Hişkədərə kəndi ərazisində
1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan XəzərXəbər-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Masallı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Masallı
rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə saat 02:35-də
qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Aparılan təcili
təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində
agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 mm-lik top mərmisi
(OF-350A) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin
mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.