Xəzər Xəbər

Qobuda ağır yol qəzası

Hadisə | 10:06 • 29 Avqust 2018
Qobuda ağır yol qəzası
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində "Daewoo” və "Mercedes” markalı iki minik avtomobili toqquşub.

XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Daewoo” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti