Şirvan şəhər Polis
Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri
törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları
istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata
keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olmaqda şübhəli bilinən, Şirvan şəhər sakini Süleyman Heydərov
polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
Şöbədə
onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə
narkotik vasitə hesab olunan ümumi çəkisi 440 qram qurudulmuş marixuana
aşkar edilərək götürülüb.
Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.