Xəzər Xəbər

Yay başlayandan 21 nəfəri ilan, 11 nəfəri əqrəb sancıb

Hadisə | 14:01 • 24 Avqust 2018
Yay başlayandan 21 nəfəri ilan, 11 nəfəri əqrəb sancıb
Avqust ayının əvvəlindən bu günə qədər ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 8 nəfər müraciət edib.


Bu barədə AzVision.az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. O, bildirib ki, bu müddət ərzində 2 nəfər qara qurd, 4 nəfər isə əqrəb sancması ilə bağlı müraciət edib.


"Bundan əlavə, dərman zəhərlənməsi ilə bağlı 7 nəfər, allergik reaksiya ilə bağlı isə 11 nəfər mərkəzə müraciət edib. Həmçinin 3 nəfər sirkə turşusu zəhərlənməsi ilə gəlib”.

A.Maqsudov yay mövsümü başlayandan bu günə qədər 21 nəfərin ilan, 5 nəfərin qara qurd, 11 nəfərin isə əqrəb sancması ilə bağlı onlara müraciət etdiyini deyib.

"Həmçinin dərman zəhərlənməsi ilə əlaqədar 18 nəfər, allergik reaksiya ilə 24 nəfər, sirkə turşusu ilə 6 nəfər müraciət edib. Bu müddətdə bir nəfər sirkə turşusundan ölüb. İlan sancması ilə bağlı müraciət edənlərdən 6 nəfərin, sirkə turşusu zəhərlənməsi ilə müraciət edənlərdən isə 2 nəfərin vəziyyəti ağır olub”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti