Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində
qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə
növbəti reyd keçirilib.
XəzərXəbər nazirliyin saytına istinadən xəbər verir ki, reyd zamanı Gəncə şəhər
Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri
diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.
Araşdırma
zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti
işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun
pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar
Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ağaclara
aqrotexniki xidmət göstərilməsi məqsədilə S.Hacıyevə icrası məcburi olan
müddətli "məcburi göstəriş” verilib.