Xəzər Xəbər

Ana 4 yaşlı oğlunu boğaraq öldürdü

Hadisə | 18:51 • 23 Avqust 2018
Ana 4 yaşlı oğlunu boğaraq öldürdü

Türkiyənin Adana şəhərində ana 4 yaşlı oğlunu boğaraq öldürüb.

Ana oğlunu paltarı ilə boğub.

Məlumata görə, qəbristanlıq ərazisində bir qadının özünü döyərək ağlaması barədə polisə şikayət daxil olub. Araşdırma zamanı qadının oğlunu öldürdüyü məlum olub.

34 yaşlı Fatma Ö. əvvəlcə oğluna "atası bəlli deyil” deyilərək söyüldüyünə görə həyatdan bezdiyini, buna görə oğlunu və özünü öldürmək istədiyini deyib. Binanın girişində əvvəlcə oğlunu paltarı ilə boğaraq öldürdüyünü deyib:

"Oğlum əvvəlcə nə baş verdiyini anlamadı. Sonra onu boğduğumu anladı. Oğlumu öldürəndən sonra özümü də öldürəcəkdim. Amma bunu bacarmadım".

Qadın sonrakı ifadəsində isə oğlunu nə üçün öldürdüyünü xatırlamadığı deyib./Publika

Xəbər lenti