Xəzər Xəbər

Sumqayıtda avtomobil qəzası: Ölən və yaralanan var

Hadisə | 15:11 • 23 Avqust 2018
Sumqayıtda avtomobil qəzası:
Sumqayıt şəhərində yol qəzası baş verib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, avqustun 22-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Amil Abbasov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlzamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurub.


Nəticədə Ə.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb, R.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti