Xəzər Xəbər

Bakıda 85 yaşlı kişini öldürənlə bağlı – Qərar

Hadisə | 12:34 • 23 Avqust 2018
Bakıda 85 yaşlı kişini öldürənlə bağlı

Bakıda 85 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Sakit Mirzəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

XəzərXəbər xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Sakit Mirzəyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, avqustun 20-də Sabunçu rayonu Yeni Ramana qəsəbəsində 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində qətlə yetirilib.

Araşdırmalar zamanı məlum olub ki, onu qəsəbə sakini Sakit Mirzəyev öldürüb.

Hadisəni törədən Sakit Mirzəyev saxlanılıb.

İstintaq orqanı tərəfindən Sakit Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti