Xəzər Xəbər

Bazara göyərti satmağa getdi - Evinə tabutda gəldi

Hadisə | 15:16 • 22 Avqust 2018
Bazara göyərti satmağa getdi - Evinə tabutda gəldi

Bu gün səhər saatlarında Salyan bazarına göyərti satmağa gedən 63 yaşlı kişinin piştaxta arxasında qəfil ölümünün təfərrüatı məlum olub.

Rayonun Ərəbqardaşbəyli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Saday Hüseynov 5 il bundan öncə ürəyindən əməliyyat olunub:

"Saday kişi ürək xəstəsi idi. Əməliyyat olunmuşdu. Əməliyyatdan sonra həkimlər ona ağır işə icazə vermədiyindən bazarda lövbər salıb, gününü göyərti satmaqla yola verirdi. Az-çox qazanıb ailəsini dolandırırdı. Həm də kiməsə ağız açmadan dava-dərmanını alırdı. Bu gün də bayram günü alver yaxşı olar deyə səhər tezdən bazara gedib. Satacağı göyərtiləri səliqə ilə piştaxtanın üstünə düzüb. Bir-iki dəstə satmış qəfil halı pisləşib. Elə oradaca dünyasını dəyişib”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti