Xəzər Xəbər

Mingəçevirdə 2 yaşlı körpə əməliyyat masasında öldü

Hadisə | 11:54 • 22 Avqust 2018
Mingəçevirdə 2 yaşlı körpə əməliyyat masasında öldü

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

Ölüm hadisəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənəliyev Ayaz Vüsal oğlu ağır vəziyyətdə əvvəlcə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

Dünyasını dəyişən uşağın meyiti analiz üçün tibbi-ekspertiza laboratoriyasına aparılıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. (report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti