Xəzər Xəbər

Astarada narkotik alverçisi saxlanılıb

Hadisə | 11:51 • 22 Avqust 2018
Astarada narkotik alverçisi saxlanılıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Astara rayon Polis şöbəsinin əməkdaşları rayonun Ərçivan qəsəbəsində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş rayonun Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb. Ondan bir bükümdə 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.


Aparılan araşdırmalarla A.Kərimovun həmin psixatrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti