Xəzər Xəbər

Arvadını belə çağıranlar yandı Təzminat ödəyə bilərlər

Hadisə | 14:57 • 21 Avqust 2018
Arvadını belə çağıranlar yandı

Türkiyə məhkəməsi həyat yoldaşını "hey” deyib çağırdığı üçün boşanma qərarı çıxardı.

Hadisə Konya şəhərində baş verib. Boşanmaq üçün məhkəməyə müraciət edən H.D həyat yoldaşının ona kobud davrandığını və onu çağırarkən adı yerinə "hey” deyib çağırdığını bildirib. Məhkəmə zamanı qadının dediyi səbəbləri boşanmaq üçün yetərli görən hakim onları boşayıb və kişidən xanıma təzminat verməyi tələb edib.

Xatırladaq ki, Azərbaycanda da bir çox kişi həyat yoldaşlarını "az” deyib çağırır./AzNews.az

Xəbər lenti