Xəzər Xəbər

Sərhəddə qaçaqmalçılığın qarşısı alındı

Hadisə | 13:26 • 21 Avqust 2018
Sərhəddə qaçaqmalçılığın qarşısı alındı
Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayə­sində "Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb.


DSX-nın Mətbuat Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub.




Çəlləklərə baxış keçirilən zaman 14 ədəd "XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd "Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd "X-nova”, 10 ədəd "Ku Fly”, 20 ədəd "Etel”, 10 ədəd "Odsen-6700”, 10 ədəd "Kgtell” markalı mobil telefon qutuları aş­kar olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti