Xəzər Xəbər

Gəncədə fəhlə torpağın altında qalaraq öldü

Hadisə | 10:08 • 19 Avqust 2018
Gəncədə fəhlə torpağın altında qalaraq öldü

Gəncədə kişi avtomobildən boşaldılan torpaq kütləsinin altında qalaraq ölüb.

1997-ci il təvəllüdlü Aslanov Altay Rəfail oğlu işlədiyi yerdə yük avtomobilindən boşaldılan topraq kütləsinin altında qalıb. Ağır bədən xəsarətləri alan gənc dərhal özəl xəstəxanaların birinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır./publika.az

Xəbər lenti