Xəzər Xəbər

Gömrük orqanına bəyan olunmayan külli miqdarda dərmanlar aşkarlandı

Hadisə | 15:34 • 18 Avqust 2018
Gömrük orqanına bəyan olunmayan külli miqdarda dərmanlar aşkarlandı

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Türkiyə vətəndaşının idarə etdiyi "VOLVO" markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində isə gömrük orqanına bəyan olunmayan 104 adda 10110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3000 ədəd "Eren" markalı müayinə masa ortüyü, 700 ədəd "Beybi Care" markalı yataq qoruyucu örtüyü, 554400 ədəd "TentyFlex" markalı cərrahi əlcəklər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti